XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » İki iri məmurun qaranlıq tuneli: Samir Şərifovla Əli Əsədovun “qələmi qırılıb” - İddialar

İki iri məmurun qaranlıq tuneli: Samir Şərifovla Əli Əsədovun “qələmi qırılıb” - İddialar

İki iri məmurun qaranlıq tuneli: Samir Şərifovla Əli Əsədovun “qələmi qırılıb” - İddialar
17-01-2017, 22:21

2017 prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla maliyyə naziri Samir Şərifovun karyerası üçün sonuncu il ola bilər

Daxil olan xəbərdə iddia edilir ki, ölkə rəhbərliyinin qəzəbinə tuş gəlmiş hər iki yüksək çinli məmurun “qələmi qırılıb”.

Prezident köməkçisinin həm MTN işində adı keçir, həm iqtisadi islahatların sürətlənməsində rolu olmayıb.

Maliyyə nazirinin isə “3 ölkənin agenti” və “manatın qatili” kimi adının hallanması iqtidardakı mövqelərinin itirilməsi ilə nəticələnib.

2017-ci ilin onlar üçün sınaq müddəti olduğunu söyləyən qaynağımız iddia edir ki, hər iki iri fiqurun vəzifəsini itirmə ehtimalı yüksəkdir.

Əli Əsədovla Samir Şərifovun ölkə rəhbərliyinin gözündən düşdüyü, adlarının ən neqativ işlərdə keçdiyi, onlara etimadın qalmadığı da bizə çatan xəbərlər arasındadır.

Hətta nazir son hadisələrin ardınca istefa verməyə hazır olduğunu da açıqlayıb. Amma hakim dairələr onun gedişinə imkan verməyib.

İddiaya görə, Şərifov qələmi qırılsa da, qırılmış qələmlə fəaliyyət göstərməyə məhkum edilib.

Nəticədə maliyyə naziri nəqliyyat nazirinin aqibətini yaşamağa məhkum edilib. Adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var.

Daxil olan xəbərdə iddia edilir ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə Natiq Əmirovun təyinatından sonra Əli Əsədov “vurulmuş” kadr oldu.

İddia olunurdu ki, MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Əli Əsədovun tapşırıqlarının icraçısı olub.

Onun adı Beynəlxalq Bank işində də hallanıb. İddialara görə, milyon manatlarla kreditlərin verilməsində onun da ciddi rolu olub.

Hətta müəyyən iş adamlarını himayə edərək onlara külli miqdarda kredit ayrılmasına nail olub. Əli Əsədov bu xəbərlərə indiyədək cəmi bir dəfə reaksiya verib.

O, Eldar Mahmudovun əleyhinə danışmayıb, həbs edilə biləcəyi ilə bağlı iddiaları isə rədd edib. Bu faktlar deməyə əsas verir ki, hər iki iri fiqurun istefası an məsələsidir və onların fəaliyyəti formal səciyyə daşıyır.

24saat.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.