SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni nazirə qarşı zəhərlənmiş pambıqçı gedişi – Böyük iqtisadi sabotaj

Yeni nazirə qarşı zəhərlənmiş pambıqçı gedişi – Böyük iqtisadi sabotaj

Tarix:

19-06-2018, 17:02

/ 1 683 dəfə oxundu.
Yeni nazirə qarşı zəhərlənmiş pambıqçı gedişi – Böyük iqtisadi sabotaj

Tarlalardan İnam Kərimova "zəhərli bomba”ların atılmasını kim təşkil edir?
İyunun 21-də Azərbaycanda yeni kənd təsərrüfatı nazirinin təyinatından 2 ay ötəcək. Ötən dövrdə yeni nazir İnam Kərimovun əməli fəaliyyəti üçün hazırlıqları aqrar sahəni nəzarətdə saxlayan hakimiyyətdaxili qruplaşmaların maraqlarının üstündən yağlı və çarpaz qara zolaq çəkir. Odur ki, çox incə şəkildə düşünülən planlarla şəxsi mənafelərinin təmininə başlayıblar.
Nə baş verir?
Hər kəsə bəllidir ki, ASAN xidmət modeli ilk gündən Azərbaycandakı hakimiyyətdaxili qruplaşmaların süngü ilə qarşıladıqları bir modeldir. İnam Kərimov bu modeli ölkədə oturuşdura bilən kadrdır. Onun bu gün kənd təsərüfatı naziri kreslosunda olması da əvvəlki postunda ölkə rəhbərliyinin etimadını doğrultmasıdır. İlk dövrlər ASAN xidmət modelinə qarşı çıxıb hər addımda bu modelin tətbiqini sabotaj edən hakimiyyətdaxili qruplaşmalar hazırda səylərini bir yerə cəmləyib hucuma keçiblər. Hədəfdə yeni kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Onun quzunu qucağına alıb çobanla söhbəti əks olunan fotosunu lağa qoyanlar artıq taktikanı dəyişiblər. Həmin foto ilə bağlı arqumentləri də çox gülünc idi – nazir quzunu qucağına almamalı, özünü çobanla söhbət edəndə də nazir kimi aparmalı idi! Əslində isə aqrar sahəyə az-çox bələd olanlar İnam Kərimovun bu jestini başa düşmüşdülər. Anlamışdılar ki, o, quzunu qucağına almaqla hakimiyyətdaxili qruplaşmaya meydan oxuyur – quzu kimi qucağıma alaram – mesajını çatdırır. Qarşı tərəf də borclu qalmır!
Pambıqçıları kim zəhərləyib?
Söhbət öndan gedir ki, son 20 gündə ölkənin 2 ən böyük aqrar rayonunda pambıqçılar bir-birinin ardınca zəhərlənirlər. Bu sıradan bir təsadüfi hadisədir yoxsa ortada olan mübhəm qəsdin nəticəsidir? Xəbərlərə diqqət edək.
Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. Yerli KİV-lər xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.
Aqrar sabotajın izləri kimin dəmir qapısına aparır?
Pambıqçıların bir-birinin ardınca zəhərlənməsi sıradan bir olaydırsa, niyə bu hadisə 2 ay əvvələ qədər baş vermirdi? Və ya bu hadisələr 1-2 il əvvəl niyə olmurdu? Həmin dövrlərdə alaq otlarına qarşı kimyəvi maddələrdən istifadə edilməyib? Aydındır ki, edilib. Bəs həmin vaxtlar niyə zəhərlənənlər olmayıb? Olubsa, bu xəbərlər niyə ildırım sürəti ilə mətbuat çatdırılmırdı?
Əvvəllər xiyar əyri bitmirdi?
Sonuncu sualın cavabı digər suallara da aydınlqı gətirə bilər. Köhnə kənd təsərrüfatı naziri media ilə "işləyirdi”. Yəni sahədə pambıq yetişməsə də, bostanda xiyar əyri bitsə də, bunu kimsə yazmırdı. Səbəb də sadə idi. Nazir media ilə "işləyirdi”, media da onunla işləyən, "əl əli yuyar, əl də üzü” prinsiplərinə sadiqliyini hər ay bəxşişlərlə nümayiş etdirən nazirin rəhbərlik etdiyi sahəyə güzgü olmaqdan yayınırdı. 2 aya yaxındır ki, vəziyyət dəyişib. Daha bu feodal praktika yoxdur, güzgü lupaya çevirilmiş şəkildə aqrar sahəni təftiş edir!

Mütəxəssislər qəsdən zəhərlənmədən danışır!
Kənd təsərrüfatından az-çox başı çıxanlar, alaq otlarına qarşı kimyəvi maddələrdən istifadə edənlər deyir ki, baş verənlər təsadüfə oxşamır. Maraqlı məqam da odur ki, zəhərlənmələr kütləvi hal daşıyır. Yəni zəhərlənən 1-2 fəhlə olsaydı, düşünmək olardı ki, səriştəsizlik olub, fəhlə kimyəvi maddələrin zəhərli tərkibindən xəbərsizliyindən ehtiyatsız davranmasına görə zəhərlənib. Belə deyil. Zəhərlənənlər 1-2 nəfər deyil. Sanki qəsdlə çox adamın zəhərlənməsinə nail olunub. Məqsəd şəxsi maraqların təmininə mane olan nazirin ölkə rəhbərliyinin gözündən salınmasıdır. Bu da öz növbəsində prezidentin aqrar sahədə etmək istədiyi inqilabi dəyişikliklərin sabotaj olunması deməkdədir.
İnam Kərimovu Heydər Əsədovun vəziyyətinə gətirmək istəyirlər...
Fəhlələrin zəhərlənməsi məsələnin tez-bazar prezidentin masası üzərinə gedib çıxması da təsadüfə oxşamır. İnam Kərimov nazir olaraq ölkə başçısının siyasi iradəsini aqrar sahədə inamla yerinə yetirməyə başlayıb, bu isə aqrar sahəni inhisara alan, köhnə nazir – Heydər Əsədovu öz maraqlarına tabe etdirə bilmiş hakimyyətdaxili qruplaşmanın xoşuna gəlmir. Odur ki, İnam Kərimovun üzərinə bu şəkildə hucum təşkil olunub. Onun səriştəsiz kadr kimi çıxdaş edib "əl quzusu” olan namizədlərini yerinə pərçimləmək istəyirlər. Bu baxımdan hüquq mühafizə orqanları baş verənlərin son nəticədə ölkənin iqtisadi təhlükəsizliyinə böyük zərər vuracağını, aqrar sahənin inkişafının qarşısının alınmasına hesablandığını nəzərə alıb tam ciddiyyəti ilə araşdırmalıdırlar.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ