Əli Həsənovun Xocalı haqda kitablarının təqdimatı keçirilir
Bu gün Hilton otelində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin mərhələləri” adlı kitablarının təqdimat mərasimi keçirilir.
Mərasimdə çıxış edən hər iki kitabın elmi redaktoru Elçin Əhmədov deyib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımı, etnik təmizləmə siyasəti aparıb. O, bildirib ki, bununla bağlı ciddi faktlar mövcuddur.
E.Əhmədov kitablar haqqında məlumat verərək deyib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı 8 dildə nəşr edilib, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir:
““Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır: “Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələlərə məruz qalması mənbələrə əsasən təhlil edilir”.
***
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, həm də türklərə qarşı olub:
“Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-basdır etmək istəyir. Bunu utanmazcasına edirlər. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...