Prezidentin işdən çıxardığı icra başçısına 3 ildən 7 ilədək HƏBS ŞOKU
Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xaləddin İsgəndərov tutduğu vəzifəsindən azad edilib.
Xatırladaq ki, 2015-ci ilin mayın 19-da Bakı şəhərinin Binəqədi rayonun Azadlıq prospekti yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş vermişdi. Yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir. Xaləddin İsgəndərovun vəzifəsindən azad edilməsində bu hadisənin də xüsusi rolu olduğu söylənilir. Əgər yanğınla bağlı yenidən araşdırılmalar başlanılarsa Xaləddin İsgəndərovun həbs edilə bilərmi?
Bununla bağlı BiG.AZ-a açıqlama verən Vəkil Elmar Süleymanov bildirib ki, qanunvericiliyə əsasən məhkəmə 3 pilləlidir: “Rayon, Apellasiya, Ali Məhkəmə. Əgər rayon məhkəməsinin qərarı ilə razı olmasa tərəf apellasiya şikayəti verir. Apellasiya məhkəməsinin qərarı ilə də tərəf razı olmasa Ali məhkəməyə şikayət verə bilər. Binqədidə baş verən yanğınla bağlı qərar Bakı Ağır İşlər Məhkəməsində çıxarılmışdı. Əgər bütün mərhələlərdən keçirilibsə aparılan araşdırmada əgər sübuta yetirlsə ki, həmin yanğın icra başçısının səhlənkarlığı ucbatından baş veribsə yenidən cinayət işi qaldırıla bilər. Ola bilsin ki, həmin vaxt təqsirləndirilən şəxs kimi həbs edilənlərə də bəraət hökmü verilə bilər. Əlbəttə bunun üçün hqüq-mühafizə orqanları araşdırma aparmalıdır. Əgər yanğın icra başçısının məsuliyyətsizliyi ucbatından baş verməsi sübuta yetirilərsə o zaman cinayət məcəlləsinin 314. 3-cü maddəsinə əsasən bu cür səhlənkarlığa yol verən şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...