SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Üç alpinist işi “fövqəlnazir”i bitirir: Heydərovun dağdan enən karyerası - İddialar

Üç alpinist işi “fövqəlnazir”i bitirir: Heydərovun dağdan enən karyerası - İddialar

Tarix:

15-05-2018, 09:00

/ 1 719 dəfə oxundu.
Üç alpinist işi “fövqəlnazir”i bitirir: Heydərovun dağdan enən karyerası - İddialar

Ötən il dekabrın 23-dən itkin düşmüş 3 alpinistin 5 aydır axtarışları nəticə vermir. Bu, Fövqəladə Hallar Nazirliyinin fiaskosudur

Avropa ölkələrində bu cür faktların üzərindən FHN rəhbərliyi istefaya gedir.

Azərbaycanda isə istefa mədəniyyəti olmadığına görə nazir Kamaləddin Heydərovun belə addım atacağını gözləmək sadəlövhlük olardı.

Halbuki, 5 aydır 3 nəslin gözü yolda qalıb. FHN isə onların nə öldüsündən, nə qaldısından xəbər verə bilir.

Nazirliyin iflasa uğrayan bu fəaliyyəti K.Heydərovun özünə yaxın mediada gecə-gündüz apardığı piarı alt-üst etmiş oldu.

Üç alpinisti tapa bilməyən 5 aydır tapa bilməyən nazirliyin tərkibi yenidən formalaşdırılmalıydı.

Üstəlik, məlum olub ki, klubun itkin düşmüş üç üzvü - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı bu yaxınlarda müxtəlif vaxtlarda “Whatsapp” messencerində üzv olduqları qrupları tərk ediblər.

“Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Modern.az-a faktı təsdiq edib: “Bizim bir neçə “Whatsapp” qrupumuz var. Arda-arda uşaqların hər üçü qruplardan çıxdı.

Həmin anı hislərimi ifadə etməkdə çox çətinlik çəkirəm, çox həyəcanlandım. Dərhal nömrələrinə zəng etdim, amma təəssüf telefonları bağlı idi.

İnternet üzərindən araşdırma apardıq, belə anladıq ki, uzun müddət istifadə etmədiklərinə görə, “Whatsapp” onları özü çıxarıb. Amma necə, nə cür olur anlamadıq.

Uşaqların son “online” vaxtı itkin düşməzdən əvvəlki tarixi göstərir. Yəni faktiki olaraq qrupdan çıxmaq üçün “online” görünməli idilər, amma dediyim kimi, son “online” vaxtı ötən ilin dekabrını göstərir.

Onlar sağdırsa və qrupdan çıxmaq istəyiblərsə belə, “online” görünməli idilər. Hər şey eyni anda baş verdi: “Babur qrupu tərk etdi”, “Fəridə qrupu tərk etdi” və... Stresli vəziyyətə düşdük, çox silkələndik həmin an”.

Bundan sonra da FHN-nin araşdırmaları, axtarışları boşa çıxıb. K.Heydərov uğursuz nazir fəaliyyətini məhz bu hadisədə isbatladı.

İllərdir ki, FHN şefi haqda mifik bir obraz yaradılıb. Onun rəhbəri olduğu nazirlik də məhz süni nəfəs verilərək şişirdilmiş strukturdur.

İtkin düşmüş alpinistlərin axtarışında Fövqəladə Hallar Nazirliyinin əzəməti sabun köpüyü kimi dağıldı. Kamaləddin Heydərovun nazirliyi altında yaradılmış FHN mifi və bütü tamamilə havaya sovruldu.

Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı.

Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı istərsə Kür daşqınları, istərsə Zaqatala zəlzələsinə aydınlaşmışdı.

Tufandağda itkin düşən alpinistlərin axtarışında isə K.Heydərovun FHN-i fövqəladə hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər, müasir texnologiyadan istifadə edərək nəticə əldə etmək imkanlarına malik olmadığını sübut etdi.

“Nömrə bağlansa belə, “Whatsapp” həmin telefonda qalır. Telefon nömrələri birtərəfli aktivdir (zəng gedir, amma nömrələrin zəng çıxışı bağlıdır). Çünki son bir neçə aydır ki, nömrələrə kontur yüklənmir.

Xatırladırıq ki, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Rəsmi məlumatlara görə onların axtarışı hələ də nəticəsiz qalır.

Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.

Hakim elitanın nüfuzlu və güclü nazirlərindən olan K.Heydərovun kurasiyasındakı bölgələr əlindən çıxıb, illərlə maliyyələşdirdiyi media orqanları, holdinqlər, qəzet və xəbər portalları alınıb, iqtisadi resursları nəzarətə götürülüb, rıçaqları məhdudlaşdırılıb.

K.Heydərov hakimiyyətə sadiq və etimad göstərmiş nazirlərdən biridir. Onun fəaliyyəti də aşağılarda və yuxarılarda ciddi narazılıq doğurmayıb.

İnhisarçı nazir olması ilə bərabər iqtidarın xəzinəsinə həmişə mənfəət verən, xəzinəyə kəm gözlə baxmayan bir fiqurdur. Amma yuxarıda deyildiyi kimi, “dünən üçün sağ ol, bu gün artıq onları bizə verməlisən”.

Ona görə də FHN şefinin kurasiyasındakı Qəbələ və digər regionlar nəzarətindən çıxıb, mediası yoxdur, təsir imkanları azalıb.

Bu gedişat Heydərovun idman və başqa sahələrdə, o cümlədən gömrük kimi mühüm sektorda hökmranlığına da son qoyulacağını şərtləndirir.

Hətta onun rəhbərlik etdiyi nazirliyin səlahiyyətlərinin azaldılması, Heydərovun vəzifədən gedişi fonunda FHN struktrunun tamamilə dəyişməsi mümkündür.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ