XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » MTN generallarının məhkəməsi açıq keçiriləcək - DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN EPİZODLAR İSTİSNA OLMAQLA

MTN generallarının məhkəməsi açıq keçiriləcək - DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN EPİZODLAR İSTİSNA OLMAQLA

MTN generallarının məhkəməsi açıq keçiriləcək - DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN EPİZODLAR İSTİSNA OLMAQLA
23-02-2017, 15:55

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə ləğv olunmuş milli təhlükəsizlik nazirliyinin sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova və digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses qapalı aparılsa da media nümayəndələri müxəlif yollarla işlə bağlı informasiları ictimaiyyətə çatdıra bilir.
Son məhkəmə iclasında məhkəmə kollegiyası posesin bundan sonra açıq aparılması barədə qərar qəbul edib. Qəradadövlət sirlərini habelə, nazirliyin mənbələri ilə bağlı epizodlar üzrə məhkəmə istantaqı istisna olmaqla proses açıq olacaq.
Gununsesi.info xatırladır ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.