XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Oqtay Şirəliyev 6 saylı məntəqədə də səs verməyib” - Qalmaqal böyüyür

“Oqtay Şirəliyev 6 saylı məntəqədə də səs verməyib” - Qalmaqal böyüyür

“Oqtay Şirəliyev 6 saylı məntəqədə də səs verməyib” - Qalmaqal böyüyür
13-04-2018, 13:32

Xəbər verdiyimiz kimi, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan istifadə etməyib.

Məsələ ilə bağlı Unikal.org saytı yenidən 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.

O bildirib ki, nazir Oqtay Şirəliyev başqa məntəqədə səs vermək üçün onlardan çıxarış almayıb.

Unikal.org xəbər verir ki, səhiyyə nazirliyinin əməkdaşı Səfayə Əhmədova xəbər saytlarında məlumatımızı təkzib etdirmək istəyir. O bildirib ki, Oqtay Şirəliyev aprelin 11-də Bakının Səbail 29 saylı Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Azərbaycanın bəzi televiziya kanalları səsvermə anını işıqlandırıb.

Məsələ ilə bağlı Unikal.org təkrar 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri Rüfət Həsənovla əlaqə saxlayıb. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev 6 saylı məntəqədə səs verməyib:

"Oqtay müəllim burda səs verməyib. Çünki o, burada səs vermək üçün 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsindən çıxarış almalıydı. Oqtay müəllim də bizə belə çıxarış təqdim etməyib. Ona görə də nazir 6 saylı seçki məntəqəsində səs verə bilməz”.

Qeyd edək ki, 2015-ci il Parlament Seçkilərində nazir Oqtay Şirəliyev Bakının Səbail rayon 29 saylı Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.