SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səsvermə başladı

Səsvermə başladı

Tarix:

11-04-2018, 09:01

/ 1 416 dəfə oxundu.
Səsvermə başladı

Bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirilir.

Artıq saat 8:00-dan etibarən ölkənin bütün seçki məntəqələrində səsvermə prosesinə start verilib.

Səsvermə prosesi axşam saat 19:00-a kimi davam edəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.


00:01

Bu gün - aprelin 11-i Azərbaycanda prezident seçkiləridir.

Bu gün Azərbaycan seçiciləri növbəti yeddi il müddətinə ölkə prezidentini seçəcəklər.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Seçkilərlə bağlı səsverməyə gəlincə, proses səhər saat 8:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Qeyd edək ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

Seçkiləri ümumilikdə 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək.

Şərhlər

XƏBƏR LENTİ