SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azər Bayramovun maliyyə hökmranlığının sonu: həbsin yolu görünür

Azər Bayramovun maliyyə hökmranlığının sonu: həbsin yolu görünür

Tarix:

15-03-2018, 10:09

/ 3 275 dəfə oxundu.
Azər Bayramovun maliyyə hökmranlığının sonu: həbsin yolu görünür

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, iclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.
Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.Bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.
Mövzu ilə bağlı xatırladaq ki, indiyədək Beynəlxalq Bankın Müşahidə Şurasının Sədri vəzifəsini maliyyə nazirinin müavini Azər Bayramov tuturdu. O isə faktiki olaraq Cahangir Hacıyevin həbsindən sonra bankın idarəçiliyini tam şəkildə öz nəzarətinə keçirmişdi. Təsadüfi deyil ki, Cahangir Hacıyevin həbsindən dərhal sonra A.Bayramov Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə yaxın dostu Elmar Məmmədovu təyin etmişdi. Hansı ki, onun qısa müddətli rəhbərliyi dövründə Beynəlxalq Bankın borclarının milyardlarla manat artdığı, böyük talançılığın olduğu bildirilir. Bundan əlavə Beynəlxalq Bankda baş verən talançılığın birbaşa məsuliyyətini Müşahidə Şurasının rəhbərliyi daşıdığı halda dəyişdirilməməsi ictimaiyyətdə haqlı suallar yaratmışdı. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq xatırladırıq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı. Amma indi Beynəlxalq Bankın Müşahidə Şurası və İdarə Heyətinin rəhbərliyindəki dəyişikliklər hakimiyyətin bankda gedən proseslərdən narazı qaldığını göstərir. Hadisələrin bu gedişatı isə, uzun illər ölkənin maliyyə sistemində fironluq edən A.Bayramovun hüquqi məsuliyyətini də istisna etmir….

Cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ