Avropa bankı Eldar Mahmudova görə bağlandı - Çirkli pullar...
Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.
Bu barədə informasiyanı bankı mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.
“Haqqin.az” saytı ABLV-nin Bakıda ofisinin olduğunu bildirib. Sayt bankın ofisinin İçərişəhərdəki biznes mərkəzlərdən birində yerləşdiyini vurğulayıb. Saytın mənbəsi məhz bu bankın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və Beynəlxalq Bankın İdarə Heyətinin eks-sədri Cahangir Hacıyevin pullarını ofşorlara köçürdüyünü bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi ABLV bankına sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bank Şimali Koreyanın nüvə proqramına yardım üçün pulların yuyulması, eləcə də Azərbaycan, Rusiya və Ukraynadakı qeyri-leqal fəaliyyətlərdə ittiham olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...