Ağalarovun 1.7 milyard dollar borcu var
Ağalarovun 1.7 milyard dollar borcu var: “Faiz Qərbdəki kimi aşağı olsaydı...”
“Crocus Group” şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov bildirib ki, dollar ekvivalentində hazırda cəmi 1.7 milyard kredit borcu var.
İş adamı bu haqda RİA Novosti-yə bildirib. Rusiyanın ən iri developerlərindən olan Ağalarovun bildirdiyinə görə, şirkəti “Crocus City” layihəsini faktiki dayandırıb, çünki kredit yükünü artırmaq istəmir. Həmin layihəni reallaşdırmaq üçün “Crocus Group” indiki kredit yükünü iki dəfə artırmalı olardı. Lakin biznesmen bildirib ki, indiki yüksək faizlər şəraitində şirkət kredit yükünü artırmaq istəmir. “Əgər məndə də kredit məzənnəsi Qərbdəki kimi 2.3 faiz olsaydı kredit portfelimi üç dəfə artırardım”-Ağalarov izah edib.
Biznesmen deyib ki, onun şirkəti öz vəsaiti hesabına ancaq mənzil tikib satacaq. Çünki ofis mərkəzlərinə bazarda tələbat yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...