SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudov öz hayında, “MTN kəndiri” Kərəm Həsənovun boğazında

Eldar Mahmudov öz hayında, “MTN kəndiri” Kərəm Həsənovun boğazında

Tarix:

21-12-2017, 10:32

/ 1 551 dəfə oxundu.
Eldar Mahmudov öz hayında, “MTN kəndiri” Kərəm Həsənovun boğazında

“MTN kəndiri” Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun boğazındadır
MTN şefi Eldar Mahmudovun tez-tez istintaqa çağırılması komitə sədrinin ayaqlarını yerdən üzüb.
K.Həsənov anlamağa başlayıb ki, E.Mahmudovun da vəziyyəti tükdən asılıdırsa, onun “vurulması” daha asan proses olacaq.
Əldə etdiyimiz xəbərlərə görə, əmlak komitəsi rəhbərinin vəziyyəti həddindən artıq həssasdır. K.Həsənov 2015-ci ildən bəri MTN dolaşığından çıxa bilmir.
Bakı Apellyasiya Məhkəməsi Kərəm Həsənovun sifarişi, Eldar Mahmudovun göstərişi ilə mənzilinə tapança qoyulub həbs olunmuş M.Mustafayevə bəraət hökmü verdikdən sonra çoxları komitə rəhbərinin mövqeyi laxlayıb.
Deyilənə görə, Kərəm Həsənov KİV-də Mətləb Mustafayevin müraciətindən sonra uzun müddət özünə gələ bilməyib.
Güvəndiyi Eldar Mahmudovun vəzifəsindən azad olunması, yaxın adamlarının buraxdığı şayiəyə görə çoxdan arzuladığı baş nazir postuna yeganə şəxs olduğunu güman etməyə bir neçə addım qaldığını düşünən zaman Mətləb Mustafayevin müraciəti onu pis vəziyyətə salıb.
Hətta ictimaiyyət də onun barəsində bu gün-sabah cinayət işinin başlanacağını güman edir. Buna əsas da var. Çünki “krışası“ Eldar Mahmudov artıq öz hayına qalıb.
Bir vaxtlar övladının toyunda Eldar Mahmudovun əlindən tutub yallı gedən, badəsini Eldar Mahmudovla toqquşdurmaqla onun himayəsində olduğunu ətrafındakılara nümayiş etdirən Kərəm Həsənov çətin duruma düşdüyünü anlayır.
Sabiq MTN generalı Elçin Quliyevin məhkəmədə “Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun göstərişi ilə qoymuşduq” ifadəsi də böyük rezonansa səbəb oldu.
Eldar Mahmudovun MTN-də çalışan peşəkar bir polkovnikin qardaşının şərlənməsinə göstəriş verməsi də onun Kərəm Həsənovla nə dərəcədə yaxınlığını sübut edirdi.
Ancaq Elçin Quliyevin bu bəyanatından sonra çoxları gözləyir ki, qanun Kərəm Həsənovun da yaxasından yapışacaq.
E.Mahmudovun həbsi ehtimalı çox yüksəkdir. Əgər MTN rəhbəri qandallanarsa, komitə sədrinin ən azı işdən çıxarılacağı dəqiqləşəcək.
Onsuz da ölkə rəhbərliyi reyestr xidməti, sənədləşmə işlərini ASAN xidmətə verməyə hazırlaşır. Komitənin bəzi səlahiyyətləri azaldılıb.
Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması müşahidə olundu.
Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu.
Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov - Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.
Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.
Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.
Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun "kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur.
MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib.
Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri” olub.
Həsənovların durumunu ağırlaşdıran daha bir səbəb var. Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçirdi.
Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var.
Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…

Şərhlər

XƏBƏR LENTİ