XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Məleykə Abbaszadə ilə Eldar Mahmudovun işbirliyi

Məleykə Abbaszadə ilə Eldar Mahmudovun işbirliyi

Məleykə Abbaszadə ilə Eldar Mahmudovun işbirliyi
17-01-2017, 11:03

Mətbuatda yayılan məlumata görə Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində 142 saxta diplom aşkarlanıb.
Bu məluamatı oxuyanda yadıma keçmiş səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanovun məhkəmədə dediyi fikirlər düşdü:

“ Mən Məleykə Abbaszadədən soruşmaq istəyirəm ki, 12 balla Tibb universitetinə necə girmək olar”.

Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( TQDK ) sədri Məleykə Abbaszadədən gedirdi.
O zaman Əli İnsanovun vəkili onu da qeyd edirdi ki, TQDK sədri Məleykə Abbaszadə Əli İnsanov barəsində MTN-ə məktub yazılıb və həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb.
Baş verən hadisələrə bugünkü prizmadan yanaşanda çox mətləblərə aydınlıq gəlir.
Bəli, həmin illərdə TQDK-nın keçirdiyi qəbul imtahanlarına ancaq MTN əməkdaşları nəzarət edirdi. Və hər iki qurum birləşərək qəbul imtahanında milyonlar qazanırdı.
Hətta 12 bal toplamağa savadı çatmayan abituriyentlər saxta yüksək balla ATU-ya, BDU-nun hüquq fakültələrinə qəbul olunurdu. Əli İnsanov məhkəmədəki çıxışında məhz bunları nəzərdə tuturdu.
Bu gün MTN ləğv olunub, keçmiş nazir Eldar Mahmudovun həbsi gözlənilir. Deməli, Məleykə Abbaszadə ilə Eldar Mahmudov cütlüyünün qaranlıq əməllərinin açılması üçün imkan var.
Sadəcə ortada yuxarının razılığı olmalıdır.

NUH.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.