Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili toplantı keçirilir
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.
Tədbirdə dilçi alimlər, millət vəkilləri, teleradio yayımçıları iştirak edir.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bugünkü toplantı prezidentin bilavasitə tapşırığı ilə keçirilir:
"Məqsəd qloballaşama prosesində ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsidir. Hər bir xalqın dili təkcə o xalqa aid ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşını, psixologiyasını, mədəniyyətini özündə əks etdirir. Dil xalqın bir toplumu digər toplumdan fərqləndirən mühüm vasitədir. Azərbaycan dili dövlətimizin əsas atributlarından olmaqla yanaşı, dövlət dili unikal sosial mədəni fenomendir. Məhz bu kimi amillər bizdən dövlət dilinin inkişafına həssaslıqla yanaşmağımızı tələb edir. Müasir dövrdə qloballaşmalar dövlət dilindən də yan keçməyib.
Təəssüf ki, KİV- də və elektron mediada dövlət dilinin norma və ifadələrinə uyğun olmayan sözlər eşidirik. Buna görə də dövlət başçısı tərəfindən sərəncam verilib. Həmin sərəncamda göstərilir ki, yerli-yersiz sözlər dilimizə gətirilir. Qurumlar buna nəzarət etmir. Filmlərin dublyajında, küçə reklamlarındakı sözlər dil normalarına uyğun gəlmir. Təəssüf ki, 2012- ci ildə imzalanmış sərəncamın qaydalarına bu gün də tam riayət edilmir. Ona görə də cənab prezident bu tədbirin keçirilməsinə xüsusi tapşırıq verib".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək