XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Trampın otelinin sökülməsi nazirin arzusunu qursağında qoydu

Trampın otelinin sökülməsi nazirin arzusunu qursağında qoydu

Trampın otelinin sökülməsi nazirin arzusunu qursağında qoydu
17-01-2017, 00:17

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür
Məlumata görə, söküntü işləri hazırda davam edir.

33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi.

Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.

Bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” Holdinqdir.

Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.

Otelin söküntüsünə başlanması nəqliyyat naziri üçün bir fiaskodur. Trampın seçiləcəyi ilə iqtidarda yüksəlişini yenidən təmin edəcəyinə ümidlənmiş Məmmədovların arzusu qursağında qaldı.

Ağ ev sahibinin adını daşıyan otelin başına gətirilən bu müsibət nazirin hakimiyyətdəki rəqiblərini də sevindirməmiş olmaz.

Karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.

Lakin gələn son xəbərlərə görə, mərkəzin təlimatı əsasında Məmmədovların Tramp çıxışının bağlanması qərara alınıb.

Onun Trampla əlaqələrinin inkişaf etdirilməsi və hakimiyyətdə yüksəlişi məqbul sayılmayıb. Nazirin həvəslənməsi isə sadəcə epizodik olub və Məmmədovların yenidən geri çəkiləcəyi gözlənilir.

Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm etmişdi. Məlumata görə, nazir sevincindən yerə göyə sığmırdı.

Tramp şirkətinin Azərbaycanda layihəsini dayandırması heç də yeni prezidentlə məmmədovların yaxın olmadığını göstərmiş oldu. Bəlkə də münasibətlər iddia olunduğu kimi yaxın olsaydı, o zaman Trump şirkəti Bakıdan getməzdi. Artıq Tramp Ziya Məmmədov üçün tramplin olmadı.

Bir müddət əvvəl nazir Trampın şərəfinə ziyafət verib.O, yaxın çevrəsi ilə bu qələbəni qeyd edib.Sevincindən yeyib-içmək məclisi təşkil edən nazir oğlu Anar Məmmədovla bu bayramı toy-büsata çevirib.

Dünənə kimi Məmmədovlar ailəsi şənlik içində idi. Z.Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı da bildirilirdi. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşırdı.

Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkün görünürdü. Amma Trampın otelinin söküntüsü bir mesajdır və nazirin planlarının üstündən xətrt çəməkdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.