XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Azərbaycanla bağlı xəbərləri FTX yayıb (İDDİA)

Azərbaycanla bağlı xəbərləri FTX yayıb (İDDİA)

Azərbaycanla bağlı xəbərləri FTX yayıb (İDDİA)
18-09-2017, 14:29

Ukraynanın hvylya.net saytı maraqlı məlumat yayıb.
Sayt ABŞ-ın müttəfiqləri vasitəsi ilə İraq və Suriyadakı radikal qruplaşmalara, həmçinin İŞİD-ə silah-sursat ötürməsi barədə xəbərlərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yayıldığını iddia edir.

Sayt bildirir ki, məqsəd ABŞ və müttəfiqi olan ölkələri - Almaniya, Türkiyə, Azərbaycan və Ukraynanı hədəfə almaqdır. Məqalədə Azərbaycanla bağlı məqamlar da var. Bir müddət əvvəl Bolqarıstanın "Trud" nəşri Azərbaycanı "diplomatik yük" adı altında ABŞ silahlarını Suriyaya daşımaqda ittiham etmişdi. Qəzet informasiyanın mənbəyi olaraq hansısa "Anonimous Bulgaria" adlı xaker qrupuna istinad etmişdi. Lakin çox keçmədən Azərbaycanın Bolqarıstandakı səfirliyi informasiyanı təkzib etdi və bunun rəsmi Bakıya qarşı xaricdən təşkil olunan hücum olduğunu vurğuladı.

Hvylya.net yazır ki, "Trud" nəşrinin təqdim etdiyi informasiyaların FTX tərəfindən "Anonimous Bulgaria" xaker qrupundan "ələ keçirilərək" qəzetə sızdırılıb. Yəni əvvəlcədən hazırlanmış "diplomatik sənədlər" planlı şəkildə "ələ keçirilib" və ötürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.