Prezidentin səfir təyin etdiyi Xanım İbrahimova kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb
Sərəncamda qeyd edilib: "Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
Xanım İbrahimova daha öncə Azərbaycanın Avstriya səfirliyində və BMT yanında daimi nümayəndəliyində müşavir vəzifəsində çalışıb. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə ötən il "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilib. 2016-cı il iyunun 29-da nazir Əbülfəs Qarayev medalı müşavirə təqdim edib.
X.İbrahimovanın sələfi Əkrəm Zeynallı Prezidentin 25 may 2017-ci il sərəncamı ilə geri çağırılıb, 19 iyulda isə Çin Xalq Respublikasına səfir təyin edilib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...