Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məluma yayıb
Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək. XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb