Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, "hacı" adını qazanıblar.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Həccdə olan zəvvarlar çox rahatdırlar: "Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun ki, hamısı sağ-salamatdır. Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik. Onlar artıq ziyarətlərini tamamlayıb, "hacı" adını qazanıblar və bu gün hacıdırlar".
Allahşükür Paşazadə vurğulayıb ki, orada Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna hər il ehsan verilir: "Həmin ehsan bu il də təşkil olunacaq". XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...