“Cheesella MMC”-nin məhsulları Qoşqar Təhməzlinin gözündən iraq düşüb - NƏ BAŞ VERİR?
Saatlı rayonunun Fətəli kəndində süd məhsulları (ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı) istehsal edən sex fəaliyyətdədir. “Cheesella MMC”-nə məxsus bu sexin fəaliyyəti ilə bağlı indiyədək də mediada məlumatlar tirajlanıb…
Yayılan məlumatlara görə, Tofiq Rzayevə məxsus olan sexdə ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı kimi süd məhsulları istehsal olunur. Lakin müşahidələr zamanı istehsal sahəsində antisanitariya və natəmizlik hallarının geniş vüsət aldığı, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu görünür.
Məhsullar heç bir qoruyucu geyim, əlcək və müvafiq gigiyenik vasitələrdən istifadə olunmadan daşınır, açıq şəkildə götürülüb qoyulur, saxlanılır və qablaşdırılır. Sex daxilində çirk, nizamsızlıq və gigiyena çatışmazlığı açıq şəkildə nəzərə çarpır.
Mövcud vəziyyət istehsal olunan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Qeyd olunan hallar istehlakçıların sağlamlığı üçün real təhlükə mənbəyidir.
Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin bu vəziyyətə susqun qalması maraq doğurur.(bizimesr.az)
***
Müşahidələr zamanı sexdə antisanitariya və natəmizlik faktlarının baş alıb getdiyi, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu ehtimal olunur. Məhsulların heç bir qoruyucu geyim, əlcək və qaydalara uyğun vasitələr olmadan daşınması, açıq şəkildə götürülüb qoyulması, saxlanması və qablaşdırılması müşahidə edilir.(1xeber.media)
***
Saatlı rayonundakı oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, bir müddət əvvəl yayılan bu və digər məlumatlara baxmayaraq, istehsal müəssisəsinin fəaliyyətində nəinki müsbətə doğru dönüş var, əks mənzərə davam etməkdədir. Təkcə rayonda deyil, digər bölgələrdə də, məhsulları satılan müəssisə rəhbərinin kimə və necə güvəndiyi təxmin edilsə də, təbii olaraq bu fakt keçərli deyil. Söhbət insan sağlığından gedir…Kimliyindən, hansı statusda olmasından asılı olmayaraq heç kimsə insan sağlığı ilə oynayıb da, özəl maraqlar güdə bilməz…
Saatlı sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), konkret olaraq agentliyin rəhbəri Qoşqar Təhməzlinin məsələyə müdaxilə edəcəyinə ümid edirlər…
Elə biz də, Yenixeber.org olaraq AQTA-nın yayılan məlumatları araşdıracağını və müvafiq açıqlama yayacağını gözləyirik. Bu səbəbdən də, hələlik mövzu ilə bağlı geniş yazmağı uyğun bilmirik.
Yenixeber.org

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb