Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Bu barədə XİN-in sosial şəbəkə hesabında bildirilib.
“Biz İslamabadda məsciddə çox sayda insanın ölümü ilə nəticələnən faciəvi terror aktı ilə bağlı Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Biz müqəddəs məkanda ibadət edən insanları hədəf alan bu çirkin terrorçuluq və zorakılıq aktını şiddətlə qınayırıq. Qurbanlar və onların ailələri üçün dua edir, yaralıların tezliklə sağalmalarını arzulayırıq. Azərbaycan qardaş Pakistanla həmrəydir. Azərbaycan sülh və stabilliyə, eləcə də terrorçuluğun bütün formalarına qarşı mübarizəyə dəstəyini bir daha vurğulayır”, - başsağlığında deyilir.
Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb. XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb