CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir

Braziliya Ordu Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin sürətlə gücləndirilməsində və öz PUA donanmasının yaradılmasında israr edir.
Bu barədə CNN Brasil braziliyalı general Tomas Payvaya istinadən məlumat yayıb.
Qeyd olunur ki, prezident Luiz İnasio Lula da Silva ABŞ-ın Venesuelaya qarşı təcavüzündən sonra Silahlı Qüvvələrin rəhbərliyi ilə görüş keçirib.
Payva öz hesabatında dövlət başçısına respublikanın müdafiə qabiliyyətindəki "strateji zəiflikləri" qeyd edib. Hərbi lider orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin, helikopter donanmasının modernləşdirilməsinin, kəşfiyyat və hücum dronlarının alınmasının vacibliyini vurğulayıb.
Görüş zamanı Braziliyanın müdafiə naziri Xose Musio Monteyro qeyd edib ki, təxminən 10.000 əsgər Amazon bölgəsində Venesuela ilə şimal sərhədinin təhlükəsizliyini təmin edir. Lakin nazirin sözlərinə görə, yeni təhdidlərin aradan qaldırılması üçün qoşunların texniki təchizatının nəzərdən keçirilməsi tələb olunur. XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb