"Kale Seramik" rəhbərliyi qaydalara məhəl qoymur: Səkidən sonra indi də dayanacaq zəbt edilib+ VİDEO
Bakıda “Kale Seramik” mağazasının qarşısında piyadaların səkisində avtomobil saxlanması barədə xəbər vermişdik. 32gun.az-ın qaynar xəttinə daxil olan görüntülərdə avtomobilin mağaza rəhbərliyinə məxsus olduğu bildirilirdi.
Lakin görünən odur ki, sözügedən narazılıq şirkət rəhbərliyinə kar etməyib və qayda pozuntuları daha ciddi forma alıb.
Belə ki, həmin avtomobil bu dəfə "Kale Seramik" mağazasının qarşısındakı insan dayanacağının tam önündə saxlanılaraq sərnişinlər üçün böyük maneə yaradıb.
32gun.az-ın qaynar xəttinə daxil olan yeni görüntülərdə 77-TS-081 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avtobusların hərəkət və dayanma zonasına təcavüz etdiyi aydın şəkildə əks olunub. Bu vəziyyət həm vətəndaşların təhlükəsizliyini riskə atır, həm də ictimai nəqliyyatın işini iflic edərək ərazidə sıxlıq yaradır. Vətəndaşlar mağaza rəhbərliyini artıq neçənci dəfədir təkrarlanan bu özbaşınalığa görə məsuliyyətli olmağa və qanunlara hörmət etməyə çağırır.
Xatırladaq ki, Azərbaycanın seramik bazarında 26 ildir fəaliyyət göstərən “Çanakkale Seramik Azərbaycan” şirkətinin sahibi iş adamı Fikrət Hacıyevdir.
Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə fəaliyyətinin 20 illik yubileyi qeyd olunarkən “Kale Seramik” Sərgi-Satış salonu müştərilərin istifadəsinə verilib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb