“SAB” müştəriləri belə aldadır
“SAB” ət və süd məhsulları brendi məhsullarının adı və etiketində istehlakçıları aldadır.
“SAB”ın hind toyuğu adı ilə təqdim etdiyi hisə verilmiş və qablaşdırılmış ət məhsulu əslində hind toyuğu ətindən hazırlanmır.
Qablaşdırmanın üzərində böyük hərflərlə hind toyuğu sözü bu məhsulun hind toyuğu ətindən hazırlandığı təsiri bağışlasa da, əslində belə deyilmiş. Çünki məhsulun etiketində tərkibində hind toyuğu əti olmadığı açıq görünür.
Məhsulun etiketinə əsasən onun tərkibi – mal əti, toyuğun döş əti, buğda unu, kərə yağı, xörək duzu, ekstrak ədviyyatlar: hil, muskat, istiotdan ibarətdir. Tərkibdən də göründüyü kimi hind toyuğu adı ilə satılan bu məhsulda hind toyuğundan əsər-əlamət yoxdur.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı tez-tez reyd və yoxlamalar keçirir. AQTA məhsulun adında başqa, etiketindı və tərkibində başqa ət aşkarladığı zaman bu uyğunsuzluğa görə müəssisəni cərimələyir, sözügedən müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görür və məhsulun istehsalına qadağa qoyur.
Sözügedən müəssisə ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Qeyd edək ki, “SAB” brendi altında ət və süd məhsulları istehsal edən müəssisə “Zəhmət-Ruzi” MMC-dir. MMC-nin Baş icraçı direktoru Elnur Badalovdur.




Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb