6 saylı RETSİ-nin rəisi Əli Ağakişiyevin işçisi vətəndaşlardan rüşvət istəyib?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları vətəndaş barəsində qanunsuz protokol tərtib ediblər.
İdarə əməkdaşları İsmayıllı rayonu ərazisində Ağa Ağayevin qanunsuz ovla məşğul olduğu iddiası ilə ona qarşı 1 000 manat cərimə nəzərdə tutan protokol tərtib ediblər.
İsmayıllı Rayon Məhkəməsi isə araşdırma zamanı vətəndaşın qanunsuz ov etməsini təsdiqləyən heç bir sübutun olmadığını müəyyən edib. İş materiallarında yalnız idarə nümayəndəsi Nərman Çırıyevin təqdim etdiyi videogörüntü mövcud olub. Həmin görüntüdə də Ağa Ağayevin qanunsuz ov etməsi əks olunmayıb.
Nərman Çırıyev məhkəmədə bildirib ki, vətəndaşa yaxınlaşdıqları zaman onlara protokol tərtib edilməməsi üçün “hörmət” təklif edilib.
Məhkəmə sübutları qiymətləndirərək protokolun əsassız olduğunu müəyyənləşdirib və ləğv edib. İdarə bu qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.
Beləliklə, vətəndaş Ağa Ağayev barəsində tərtib edilmiş protokol tam şəkildə etibarsız sayılıb.(“Teleqraf”)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...