Prezident təyyarənin sükanı arxasında - Fotolar
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190” təyyarəsi barədə dövlət başçısına məlumat verib. Bildirildi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək.
Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer-190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək