Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar
Fransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb.
“Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır.
Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.
Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir.
Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunub.
Haqqin.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...