Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda tədbir keçirilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları və veteran dövlət qulluqçuları iştirak ediblər.
Çıxışında Baş prokuror Kamran Əliyev dövlət idarəçiliyində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 23 iyunun BMT-nin Dövlət Qulluğu Günü elan olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə bu tarix ölkəmizdə də Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edilib.
Çıxış zamanı qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlar təşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusu çalışır, onların 32,6 faizi qadınlardır.
Tədbirdə dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.
Sonda Baş prokurorun əmri ilə peşə bayramı münasibətilə fərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltif olunub və onlara hədiyyələr təqdim edilib.
Tədbir iştirakçıları dövlət qulluğunun inkişafına, dövlət qulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürlərini və səmimi minnətdarlıqlarını ifadə ediblər.




XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...