“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb

Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını "YouTube"da yunan dilində “Hara gedir” adı altında yayımlayıb.
"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib", - deyə məlumatda qeyd edilib.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...