“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən 1403051411-15008 kodlu Bravo marketdə müştəriləri çaşdıran və aldatmağa bənzər hal ilə qarşılaşdım.
Marketdə gilasın qiyməti əvvəlcə 8.99 manat göstərilsə də, endirimlə 5.99 manata satıldığı qeyd olunurdu. Lakin kassaya yaxınlaşdıqda məlum oldu ki, məhsul əvvəlki – yəni endirim edilməmiş qiymətlə vurulur.
Müştəri olaraq bu uyğunsuzluğu mağaza rəhbərliyinə bildirdik. Lakin rəhbərlik sadəcə “kassirin səhvidir” cavabını verdi. Maraqlısı budur ki, belə “səhvlər” nədənsə hər zaman müştərinin ziyanına baş verir. Heç vaxt rast gəlməmişəm ki, bahalı bir məhsul təsadüfən daha ucuz qiymətə vurulsun.
Bu kimi hallar artıq məndə belə bir təəssürat yaradır ki, bu cür “səhvlər” təsadüfi deyil, bilərəkdən edilir. Belə yanaşma isə müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir və nəticədə alıcıların mağazadan uzaqlaşmasına səbəb olur. Şəxsən mən, bu hadisədən sonra həmin mağazadan alış-veriş etməməyə qərar verdim.(azxeber.info)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək