Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir - ŞİKAYƏT
Yevlax rayon sakini, Qarabağ qazisi İsmayılov Qurban Paşa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edir:
"Cənab Zakir Həsənov!
Mən, İsmayılov Qurban Paşa oğlu, yazaraq sizdən kömək istəyirəm.
Özüm Qarabağ qazisiyəm. Oğlumla bağlı sizə müraciət edirəm. Oğlum Kənan hərbi xidmətə yararsız olduğu halda, onu hərbiyə aparıblar.
Bildirim ki, anadangəlmə biləklərində çıxma və kistalar var. Gözü zəif, qulağı isə yaxşı eşitmir. Güclü qan azlığından əziyyət çəkir. Əlimizdə həkimlərdən aldığımız sənədlər var. Bu xəstəlikləri olan adamı hərbi komissarlıq hərbiyə göndərdi.
Hərbi hissədə 20 günü tamam olanda DSX hospitalı yoxlayıb, deyib ki, fiziki işdən azad olmalıdır, 2 ay sonra yenidən müayinə edəcəklər. Çox maraqlıdır, müalicə almayan insanı 2 ay sonra yoxlayanda nə deyişəcək ki? Anadangəlmə olan xəstəliklər sağalmır.
Özüm 3 il döyüşdə olmuşam. 2 övladım hərbçidir. 3-cü oğlum isə bu vəziyyətdədir. Haqsızlıq baş alıb gedir.
Kənddə adamlar tanıyıram, hərbi biletə yararsız yazdırıb, "at oynadırlar". Pullarını verib, indi də evlərində oturublar. Mənim əlimdə həqiqətən oğlumun xəstəliklərini təsdiq edən sənəd olsa da, baxan yoxdur.
Mən və digər iki oğlum hər zaman vətənin keşiyində durmaq üçün hazırıq. Lakin xəstə uşağın hazırda hərbi xidmətdə olmağı heç düzgün hal deyil. Sənədlərdə 65 C maddəsi ilə hərbiyə yararsız yazıblar. İndi isə deyirlər qərar dəyişilib.
Əgər anadangəlmə olan xəstəlikləri sağalıbsa, o zaman sağlıq kağızı niyə vermirlər? Belə çıxır ki, kiminsə yerinə aparıblar. Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər. Saxtakarlıqla məşğul olurlar".
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin sorğumuz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...