157 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

Audit tədbirləri nəticəsində mühüm maliyyə pozuntuları və hüquqi uyğunsuzluqlar aşkar edilib. Bu pozuntular həm maliyyə nizam-intizamının pozulması, həm də hesabatlılıq prinsiplərinə əməl olunmaması ilə əlaqəlidir. Hesabatlara əsasən, ümumilikdə 157,7 milyon manatlıq pozuntu halları müəyyən edilib. Bu məbləğin əhəmiyyətli bir hissəsi - 26,4 milyon manatı sosial xarakterli ödənişlərlə əlaqədar olaraq əhalidən yığılıb, lakin dövlət büdcəsinə köçürülməyib. Eyni zamanda, 18,8 milyon manatlıq uyğunsuzluq maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi ilə bağlıdır.
Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən bildirib.
O qeyd edib ki, mühasibat uçotu sənədlərində qeydə alınan digər nöqsanlar nəticəsində 2,2 milyon manatın təyinat üzrə və şəffaf şəkildə əks etdirilmədiyi müəyyən olunub: “Bu halların bir çoxunda mühasibat yazışmalarının düzgün aparılmaması və qeyri-dəqiq uçot səbəbindən vəsaitlərin real istiqaməti itirilib. Həmçinin ümumi pozuntu məbləği içərisində 15,2 milyon manatlıq əvəzləşdirmə, 4,4 milyon manatın isə hüquqi əsaslar olmadan xərclənməsi halları da yer alıb. Bu cür hallar qanunvericilik aktlarının tələblərinə zidd olmaqla yanaşı, dövlət vəsaitlərinin səmərəsiz istifadəsini göstərir. Aşkarlanmış pozuntularla bağlı ümumilikdə 6 fakt üzrə materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Onlardan biri üzrə hüquqi qiymət verilməsi və cinayət işinin başlanılması üçün ilkin araşdırmalar davam etdirilir. Hesabatda, həmçinin qeyd edilir ki, 52 saylı Kollegiya Qərarı ilə təsdiqlənmiş təhlillər əsasında audit nəticələrinin hüquq-mühafizə orqanlarına ötürülməsi təmin olunub və artıq bir sıra hallarda vəsaitlərin qismən geri qaytarılması təmin edilib”.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...