Məmməd Musayevin nümayəndəsi dövlətə borclanıb - FOTO
"Savalan-Aspi Vayneri" MMC-nin (Savalan Aspi Winery) dövlətə külli miqdarda vergi borcu olması üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin hazırki vergi borcu 180 min manatdan çoxdur (182991.24 AZN).![]()
Bildirək ki, adı keçən şərab şirkətinin sahibi iş adamı Əjdər Şəfizadə Rövşən Oğludur.![]()
İnternet resurslarında araşdırma apardığımız zaman məlum olub ki, iş adamı Əjdər Şəfizadə Rövşən Oğlu Məmməd Musayevin prezidenti olduğu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Qəbələ rayonu üzrə nümayəndəsidir.![]()
Xatırladaq ki, Məmməd Musayev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti olmaqla yanaşı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədridir.![]()
Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.(32gun.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...