Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib

Pakistan təhlükəsizlik qüvvələri “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib, 30-a yaxın ekstremisti öldürüb.
Bu barədə “Geo” telekanalı məlumat yayıb.
Təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, digər sərnişinlərin azad edilməsi ilə bağlı əməliyyatı davam etdirirlər. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Həmçinin bildirilib ki, azad edilmiş 17 girov "təcili tibbi yardım" göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İran sərhədləri yaxınlığındakı ucqar bir bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Təhlükəsizlik qurumlarındakı mənbələr iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanıstanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.
Qeyd edək ki, martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək