"Maaşımızın çox hissəsi taksilərə, yollara gedir..." - ETİRAZ VAR...
"SOCAR sahə üzrə məsul şəxslərin diqqətinə..." "Dia.az" xəbər verir ki, bunu öz müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edir.
"Araşdırılmasına ciddi ehtiyac duyulur" deyə çağırış edən M.Qəhrəmanlı daha sonra əlavə edir: "Qanun deyir ki;
-✅İnzibati Xətalar Məcəlləsi Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
✅Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
SOCAR Neft Kəmərləri idarəsindən isə yazırlar ki, qeyd olunan qanunlar onların işəgötürəni tərəfindən pozulur. Belə ki:
SOCAR Neft Kəmərlərinin Qaradağ İstehsalat Bölümünün Birləşdirilmiş Neftin Nəqli sahəsinin işçilərinə əvvəllər servis maşın verilirdi indi verilmir. 3 sahədən çıxan nefti nəql edirik. Binəqədi, Bibiheybət və Lökbatan. Qalmışıq yollarda... maaşımızın çox hissəsi taksilərə, yollara gedir. Amma Qaradağ İstehsalat Bölümü və Neft Kəməri İdarəsi idarəsi bu problemi həll etmir.
✅Biz təkcə neft nəql etmirik. Bu 3 sahənin otunu da biz vururuq... Boya işi , agac əkməyi... filan... Süpürgəçi "uborşik".... Nə oldu bizlikdir..."
"Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək