Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib
- 25-02-2025, 18:08
- 178
Polşa səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrdəki səhifələrində müvafiq paylaşım edib.
"Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanları yad edirik. Xocalıda ailə üzvlərini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - bəyanatda bildirilib.