XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib

Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib

Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib
25-02-2025, 18:08

 

Polşa səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrdəki səhifələrində müvafiq paylaşım edib.

"Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanları yad edirik. Xocalıda ailə üzvlərini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - bəyanatda bildirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.