QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Xəbər verdiyimiz kimi, dünən Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Dia.az qeyd edir ki, ötən seçkidə vitse-prezident seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.
Bu, Fərid Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub. Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.
"DİA-AZ" qeyd edir ki, MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri arasında Fərid Qayıbovun sabiq müavini Mariana Vasileva da yer almayıb. O, ötən ay nazir müavini vəzifəsindən azad edilib. Mariana Vasileva idmançılara qarşı fiziki zorakılıqda ittiham edilirdi, hətta buna görə Gimnastika Etikası Fondu tərəfindən ömürlük diskvalifikasiya olunub. Fərid Qayıbovun isə işdən çıxarılan müavini ilə selfi paylaşması birmənalı qarşılanmamışdı.
Bu arada "DİA-AZ"a hökumətdəki mənbələrdən daxil olan informasiyada da vruğulanır ki, müavinini öz aləmində "diplomatik" şəkildə uğurlayan Fərid Qayıbovun özünün də hakim düşərgədə ağırlanması müddəti başa çatmaq üzrədir. Mənbə iddia edir ki, yaxın günlərdə belə bir qərar rəsmiləşəcək...
Əlavə bilgilərimiz var. Bizi izləməyə davam edin...
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...