SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əli Həsənov, Novruzəli Orucov, Kərəm Həsənov... 2017-də kimlər siyasi kursa qarşıdır?

Əli Həsənov, Novruzəli Orucov, Kərəm Həsənov... 2017-də kimlər siyasi kursa qarşıdır?

Tarix:

11-08-2017, 10:10

/ 141 746 dəfə oxundu.
Əli Həsənov, Novruzəli Orucov, Kərəm Həsənov... 2017-də kimlər siyasi kursa qarşıdır?

Prezident İlham Əliyev komandasında etibar etdiyi və sağlam fəaliyyət göstərən kadrlara üstünlük verir
İqtidarın daxili siyasi kursuna zidd addımlar atan, ölkədə qarışıqlığa səbəb olan məmurlar tək-tək yola salınır.
Onların barəsində dərhal qərar verilməsə də, “qələmi qırılır” və bir müddət sonra işindən azad olunur.
Geridə qalan dövrdə İ.Əliyevin verdiyi qərarlar da bunu təsdiqləyir. İndiyə qədər hakimiyyətə problem yaradan nazir və balası vəzifədə çox qala bilməyib.
Necə ki, oğlu İsmayıllını üsyana qaldıran əmək naziri Füzuli Ələkbərov, övladı xalq artistinin ailəsini tələf edən “Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədr müavini Müşviq Mədətov və başqaları cəzalandırılıblar.
Bu il də prezident məmurların qudurmuş övladlarının hərəkətlərinə göz yummadı. , Səfərbərlik və Hərbi Xidmətin rəis müavini, general Novruzəli Orucovun avtobus şoferini döyən oğlu həbs edildi, özü işdən azad olundu.
Ondan qabaq qudurğanlıq etməsə də, dövlətin pullarını talayan Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürovun qızına 400 minlik toy etməsi ona baha başa gəldi. Rəsmilər də bildirdilər ki, baş liftçi cəzalandırılıb.
Həmçinin, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlunun 2 uşaq anasını “Porşe” ilə furub öldürməsi biznesmenə heç də asan olmadı.
Vəzifə daşımasa da, ona ağır şəkildə töhmət verildi. Ancaq bu hadisələrin dönüş və partlayış nöqtəsi Baş nazirin müavini Əli Həsənovun nəvəsi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu və nazirlikdə işləyən gənc oldular.
İnsan ölümünə səbəb olan gənclərin avtoxuliqanlığından bütün ölkə danışır. Təkcə danışmır, hər iki gəncin məmur yaxınlarının işdən azad edilməsi tələb olunur.
Elə hakim komanda daxilində də iqtidarın siyasətinə problem yaradan qüvvələrin sistemdən uzaqlaşdırılması istənilir.
2018-ci il seçkilərinə qədər və seçkilərdən sonra komandada kadr dəyişiklikləri olacağı qeyd-şərtsizdir.
Prezident bəzi nazir və məmurlarla işləmək istəmir. Nəqliyyat naziri Ziya Məmmədovun da işdən azad olunması ilin hadisələrindən biridir.
Vaxtilə Məmmədovlar ailəsinin övladları da harınlıqları ilə medianın gündəminə gəlmişdilər. İndi növbə Ə.Həsənova və digərlərinə çatıb.
Bu siyahıda Əmlak Komitəsinin sədri Kərəm Həsənovu da qeyd etmək olar. Komitə sədrinin əmisi oğlu Biləsuvar sakinin ölümcül döyüb.
Bundan başqa, bəzi deputatlar da siyasi kursa qarşı çıxıblar: Astan Şahverdiyev, Hadı Rəcəbli, Hüseynbala Mirələmov camaatın əsəbləri ilə oynayıblar.
Artıq ölkə rəhbərliyi nazirlərin, məmurların qudurmuş övladlarına görə xalqla üz-üzə gəlmək istəmir. Seçkilər yaxınlaşır və xalqın sevgisini qazanmış prezidentin siyasətinə bu cür pul görüb harınlamış məmur balaları, yaxınları zidd iş aparır, təxribat yaradırlar.
Dövlət başçısı etimadı itirmiş, vətəndaşların narazılıq etdiyi məmurları işdən çıxarır, nazirləri vəzifəsindən qovur, qurumları birləşdirir.
Eldar Mahmudov, Ziya Məmmədov və başqa məmurların vəzifəsini itirmələri dövlət başçısının reformlarıdır.
Prezident güvəndiyi və xalqa xidmət edən komanda yaradır. İ.Əliyevin etibar etdiyi heyətə nəzər salanda görünür ki, prezidentin güvləndiyi kadrlar irəli çəkilir.
Prezident İlham Əliyev məmurlara xalqla işləməyi, vicdanlı olmağı və vətəndaşların maraqlarını üstün tutmağı tapşırıb
Dövlət başçısı bu göstərişlərə əməl etməyən və cızığından çıxan vəzifəli şəxsləri cəzalandırıb. Prezident üçün prinsipial məsələ vətəndaşın probleminin həlli və şikayətinin olmamasıdır.
O baxımdan 2017-də hakimiyyətə problem yaratmış məmurların yola salınması qarşıdakı dövrdə reallaşa bilər.

Şərhlər

XƏBƏR LENTİ