XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əli Həsənovun nəvəsi Abdulla Gülün qohumlarını vurub: Bəs “Maqa” FHN-dən qovulacaqmı?

Əli Həsənovun nəvəsi Abdulla Gülün qohumlarını vurub: Bəs “Maqa” FHN-dən qovulacaqmı?

Əli Həsənovun nəvəsi Abdulla Gülün qohumlarını vurub: Bəs “Maqa” FHN-dən qovulacaqmı?
10-08-2017, 09:42

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki nəfəri avtoqəzada öldürməsi və həbs edilməsi işi böyüməkdədir
Ərzində yayılan informasiyaların xülasəsini və özəl məlumatların təfsilatını hazırlayıb.
Nailə telefon, televizor, lüks otaq..
Hər yeni gün “Qaçqınkom” sədrinin nəvəsi haqda və bu hadisə ətrafında inanılmaz məqamlar üzə çıxır. Məsələn, onlardan biri Bakı İstintaq Təcridxanası barəsindədir.
“Kürdəxanı təcridxanasının” adının gizli qalmasını arzu edən əməkdaşı "Təzadlar"-a sensasion faktlar açıqlayıb.
Sitat: “Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş nəvəsi Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur.
Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır.
Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir... Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb.
Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar.
O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim, bunları Ədliyyə Naziri Fikrət Məmmədov da bilsin”.
Yaralılar Abdulla Gülün bacanağı və arvadıdır...
Növbəti nüans qəzada yaralanmış türkiyəli ər-arvad haqdadır. Məlum olub ki, Nail Allahverdiyev həmin gecə Türkiyənin keçmiş prezidenti Abdullah Gülün baldızının qızını və ərini vuraraq ağır vəziyyətdə yaralayıbmış.
Hələ də reanimasiyadadırlar, vəziyyətləri kritikdir. Nailin işini həm də ona görə ört-basdır edə bilməyiblər. Bu detalı blogger Həbib Müntəzir yazıb.
Türkiyədə hər bir yaralanmış şəxs “Gülhanə” xəstəxanasına yerləşdirilmir. Məhz A.Gülün qohumlarıdır deyə onlar təcili həmin yerə yerləşdirilib.
Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Ankaradakı xəstəxanaya aparılıb.
Bu barədə yaralıların müalicə olunduğu “Baku Medical Plaza”nın həkimi Lalə Şəkərova məlumat verib.
L.Şəkərova bildirib ki, onlar iki gün bundan əvvəl öz istəkləri ilə Ankaradakı Belek Sağlamlıq Mərkəzinə (keçmiş Gülhanə xəstəxanası) göndərilib.
O qeyd edib ki, yaralı Mutallib Tekiş reanimasiya şöbəsində idi: “Onun xanımı isə əməliyyat olunmuşdu və səhhəti qaydasında olduğu üçün stasionara buraxılmışdı. Həmin xəstələr bizə 1 saylı Kliniki Tibbi Mərkəzdən gətirilmişdi.
Songül Tekişinin onurğasının sınması ilə bağlı səsləndirilən fikirlər əsassız idi. O, sadəcə əməliyyat olunmuşdu. Onların hər ikisinə politramma diaqnozu qoyulmuşdu.”
“Maqa” FHN-dən çıxarılacaq?
Ə.Həsənovun nəvəsi ilə “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun Fövqəladə Hallar Nazirliyində işlədiyi üzə çıxıb.
Ona görə də nazir Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla M.İsmayılovun atası bacaqnadırlar. “Maqa” ləqəbli gəncə məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
İndi FHN rəhbərini “Maqa”nı işdən çıxarıb-çıxarmayacağı da maraq doğurur. Hər halda bu hadisələrdən sonra onun nazirlikdə saxlanması FHN-ə də, K.Heydərovun reputasiyasına da xeyir gətirməz.
Onu da deyək ki, komitə sədrinin nəvəsinin 3 000 000 manatlıq avtomobil kolleksiyası var. Bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il, baş nazirin müavininin indiki maaşı ilə ən azı 83, ən çoxu 129 il eyni vəzifədə işləmək lazımdır.
Bunu iqtisadçı alim Qubad İbadoğlu şəxsi facebook hesabında yazıb. İqtisadçının fikirincə, Əli Həsənovun nəvəsinin maşın kolleksiyası hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.