Zəncirvari qəza: BMV avtobusa çırpıldı...
Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə barədə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev qəza ilə bağlı araşdırma aparıldığını bildirib.
“Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında BMV markalı 77 CX 915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "İsuzu" markalı 50 AE 809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10 TJ 127 dövlət nömrə nişanlı "Leksus", 99 DS 119 dövlət nömrə nişanlı "Kia Rio", 10 ED 420 dövlət nömrə nişanlı VAZ-2107, 77 EE 359 dövlət nömrə nişanlı "Kia Ceed" markalı avtomobillər toqquşub.
Nəticədə BMV markalı avtomobildə olan sərnişin və "Kia Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Baş verən hadisə ilə bağlı araşdırma aparılır", - E.Hacıyev qeyd edib. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...