Prezident qalmaqallı abidəni ziyarət etdi - Fotolar
Xəbər verdiyimiz ki, bu gün prezident İlham Əliyev “Sovetski” ərazisində Statistika dairəsi, Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
Dövlət başçısı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq büstü müvəqqəti olaraq götürülən tanınmış şair Mikayıl Müşfiqin abidəsini də ziyarət edib, şairin abidəsi önünə gül dəstəsi qoyub.
Xatırladaq ki, bir neçə ay öncə büstün ərazidən götürülməsi narazılıqlara səbəb olmuşdu.
Dövlət başçısı Mikayıl Müşfiqin abidəsinin götürülməsindən ciddi narahat olmuş və məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi. Müşfiqin abidəsinə qarşı hörmətsizlik edənlər cəzalandırılmışdı. 




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək