“Rabitəbank” müştərisinin başına bu oyunu açdı - TƏFƏRRÜAT
Şikayətim “Rabitabank”dandır. Bank kartımdan sildiyi pulu geri qaytarmadığına görə məhkəməyə müraciət edəcəyəm.
Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Cahan Məmmədli yazıb. O bildirib ki, banka etdiyi müraciətlər heç bir nəticə vermir:
“Sentyabr ayının 18-i Heydər Əliyev mərkəzində 60 manat ödəniş etdik, kart hesabdan çıxdı, amma onların hesabına keçmədi. 2-ci dəfə ödəniş etdik, bu keçdi. Sonra banka zəng edib məlumat verdim ki, 1-ci ödənişi hesaba qaytarsınlar. Dedilər, narahat olmayın. Pul hesaba qayıtdı və növbəti gün gecə yenə çıxdı. Mərkəz deyir ki, 2-ci dəfə eyni pulun çıxılmağını göstərin, pulu geri ödəniş edək. Bank çıxarışında isə pulun çıxılıb-geri qaytarılması göstərilir. 2-ci dəfə çıxılmanı göstərmək olmur. Dəfələrlə çağrı mərkəzi ilə əlaqə saxlamışam, 2 dəfə mərkəz ofisinə yaxınlaşmışam, xeyri yoxdur.
Guya, 30 noyabra qədər həll olunacaqdı, nəticə yoxdur və bu gün artıq dekabrdır. Artıq hüquqi çərçivədə müraciət etməyi düşünürəm”.
Qeyd edək ki, sözügedən bankla bağlı bu kimi şikayətlər kifayət qədərdir. Xatırladaq ki, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. Bankın İdarə Heyətinin sədri isə Aydın Hüseynovdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək