“Galendewagen” qəzasına görə tutulan ''Maqa''nın atasının vəzifədən getməsinə səbəb olan video
- 7-08-2017, 19:00
- 57 204
''Maqa''nın atası Əlövsət İsmayılov Nəsimi rayon DYP-nin rəis müavini olub. Onunla bağlı yayımlanmış videogörüntülər vəzifəsini itirməsinə səbəb olub və daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən azad olunub.
Həmin videoyazıda Ə.İsmayılov xidmətdə olarkən, öz xidməti otağında iki nəfər mülki şəxsi oturdaraq onlara müraciət edən sürücülərin sürcülük vəsiqələrindən cərimə balların silinməsinə koməklik etdiyi açıq-aşkar görünür.
Xatırladaq ki, Ə.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşının bacanağıdır.
Criminal.az