“Galendewagen” qəzasına görə tutulan ''Maqa''nın atasının vəzifədən getməsinə səbəb olan video
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Galendewagen" markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobilinin ''Maqa'' ləqbli sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunsa da, onun işdən çıxarılmış rəis atası haqda məlumatlar ortaya çıxıb.
''Maqa''nın atası Əlövsət İsmayılov Nəsimi rayon DYP-nin rəis müavini olub. Onunla bağlı yayımlanmış videogörüntülər vəzifəsini itirməsinə səbəb olub və daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən azad olunub.
Həmin videoyazıda Ə.İsmayılov xidmətdə olarkən, öz xidməti otağında iki nəfər mülki şəxsi oturdaraq onlara müraciət edən sürücülərin sürcülük vəsiqələrindən cərimə balların silinməsinə koməklik etdiyi açıq-aşkar görünür.
Xatırladaq ki, Ə.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşının bacanağıdır.
Criminal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək