XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Ah-Nalə üzərində qurulan ailə imperyası – 25 il əvvəl çalınan SON ZƏNG - VİDEOLAR

Ah-Nalə üzərində qurulan ailə imperyası – 25 il əvvəl çalınan SON ZƏNG - VİDEOLAR

Ah-Nalə üzərində qurulan ailə imperyası – 25 il əvvəl çalınan SON ZƏNG - VİDEOLAR
7-08-2017, 13:47

Son günün aktual mövzusu olan “Gelandewagen”-in və “Porsche” kasıb təbəqənin azreyilinə çevrilib.
Sükan arxasında yüksək çinli məmurların və biznesmenlərin övladları əyləşdiyi hər birimizə məlumdur.
03.08.2017-ci il tarixdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev “Mercedes Gelandewagen” markalı avtomobillə dəhşətli qəza törədi. Bu qəza təsadüfən yaranmış qəza deyildi, xülüqanlıq nəticəsində törədilmişdi və qəza nəticəsində 2 nəfər faciəvi şəkildə dünyasını dəyişdi, iki nəfər isə ömürlük yataq xəstəsi oldu.
Kim onlara cəmiyyətin qatili statusu verib?!
Məcburi köçkün ailələri var ki, evində övladına vermək üçün bir tikə çörəyi belə yoxdur, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin bir övladının yox, bütün övladlarının hər birinin 100 minlik brend sayılan avtomobilləri var.

Məcburi köçkünü bu şəraitdə yaşayan komitə sədiri ailə üzvülərinə bahalı avtomobillər almalıdır?
Halbuki bu avtomobillərin dəyərinə onlarla məcburi köçkünün ev problemini həll etmək olardı.

Video kadırlarda da göründüyü kimi, bu bir köçkün anasının fəryadıdır!
Minlərlə Qaçqın və Məcburi Köçkün analarının fəryadı bu “Gelandewagen”lərin və dəbdəbəli mülklərin (vip həyat tərzinin) ətirafında kabus kimi dolaşır.
Düşərgələrdə və yataqxanalarda həyatı korlanmış köçkün körpələrinin ah-naləsini hələ demirəm, hansı ki, bu körpələr normal həyat tərzi keçirərək təhsil alardısa vətənimiz Azərbaycana yararlı övladlar olardı! Çox təəssüf ki, bu gənclər 25 ildir ki, anormal yaşayış tərzindən psixoloji sarsıntılar keçiriblər.

Bu kadırlardan da gördüyümüz kimi, etik qaydalara uyğun olmayan ifadələr işlətməklə yanaşı, cəmiyyət içində fit vermək düzgün olmadığı halda, bir köçkün fit verir özüdə yüksək vəsifəli məmura!
Bu insanlar həyat tərzindən aldığı travmalara görə davranışlarına hakim ola bilmirlər və özüdə nə etdiyini sonradan dərk etdiyi üçün susmağa qərar verir.
2013-cü ildə Ölkə başçısı İlham Əliyevin çıxışını unudanlara xatırladıram: Məmur və onların övladlarına bu çıxışla sərt xəbərdarlıq edmişdir!( Hələ onda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cəmi 18 yaşı var idi.)
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!”

Ölkə rəhbərinin bu çıxışından bir il sonra 2014-cü ildə Əli Həsənov belə demişdir.

Onuda bildirirəm ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədirinin yalnız övladları deyil, komitənin əməkdaşları da bahalı həyat tərzi yaşayır.
Cənab Komitə rəhbəri rəhbərlik etdiyiniz komitə əməkdaşı 250,700 manat civarında aldığı əmək haqqına nisbətən bahalı maşınlara sahib olmalarını nə ilə izah edə bilərsiniz?

Cənab Əli Həsənov sadə, komitə əməkdaşı Əhliman Goranboy rayon Ağcakənd qəsəbəsində və Sumqayıt şəhər Saray qəsəbəsində dəbdəbəli mülkləri hansı vəsaitlər hesabına tikdirib?
Komitə sədirinin həmyerlisi deputat Astan Şahverdiyev heçnə olmamış kimi belə deyir: “Nail Allahverdiyev orada olmayıb, ailəsi ilə birlikdə olub”, sözləri cəmiyətdə böyük aqresiyaya səbəb oldu və Etibar Hüseyinov ona belə cavab verdi.
Əli Həsənovun nəvəsini müdafiə edən Astan Şahverdiyevə sabiq həmkarından ağır sözlər: “Simasızlığın, şərəfsizliyin, yaltaqlığın...”
Astan Şahverdiyev Azərbaycan Resbubilkasının Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasından sonra həmyerlisinə görə bu cür sərişdəsiz müdafiyə mövqeyi seçməsi sosial mediada haqlı müzakirələrə səbəb olmuşdur. Deputatın bu cür açıqlaması onun dövlətçilik siyasətinin nə dərəcədə olmasını bir daha göstərdi.
DİN Mətbuat xidməti: “Gelandewagen-in sükanı arxasında Nail Allahverdiyev olub”
Astan Şahverdiyevə onu xatırlatmaq istəyirəm ki, DİN dövlətin ən böyük güc orqanlarından biridir! Onun verdiyi açıqlamaya deputat kimi şübhə ilə yanaşması...
Baş Nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yanmasına şərait yaradan qəzaya ortaq olan digər avtoxülüqan Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğlu, "Maqa" ləqəbli Məhəmməd İsmayılovdur.
Onu da bildirmək idtəyirəm ki, hər iki avtoxülüqan sağ-salamat zəngin ailəsinə döndü, amma orada faciəvi şəkildə dünyasını dəyişənlər ...

Hadisə ilə bağlı Eynula Fətullayev mövqeyini belə bildirdi!

Sonda onuda xatırladıram ki, Azərbaycanın tanınmış jurnalisti mərhum Zabil Müqabiloğlu ölümündən öncə məcburi köçkünlərlə bağlı belə bir yazı yazmışdır.
Son Zəng!
Bu həqiqətəndə məcburi köçkün ömür kimi Zabil Müqabil oğlununda son səng yazısı oldu.
Həmkarımız dediyi kimi biz məcburi köçkünlərin SON ZƏNGİ 25 il bundan qabaq çalınıb!

Köçkünlərin üzərində qurulan ailə inperyasına son...

Araşdırmamız davam edir.

Adı çəkilən şəxslərin mövqeylərini dinləməyə hazırıq.


XeberBiz.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.