Gömrük Komitəsi müsadirə etdiyi malın nə olduğunu bilmir? - İLGİNC
Oktyabr ayının 7-də Əmlak Xidmətləri Məkanında təkrar gömrük hərracı keçiriləcək və dövlət mülkiyyətinə keçirilən 744 adda müxtəlif təyinatlı mal hərrac vasitəsi ilə satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən mallardan biri “təyinatı bilinməyən dəmir” adı ilə hərraca çıxarılcaq. Açıqlanan məlumatda bildirilir ki, hərraca çıxarılacaq 6 ədəd “təyinatı bilinməyən dəmir”in bir ədədinin qiyməti 5 manat təşkil edir.
Dövlət mülkiyyətinə keçirilən və hərrac vasitəsi ilə satışa çıxarılan mallardan bəzilərinin adları və qiymətini təqdim edirik:
- Kilsə şamı – 5 manat (8,55 kq);
- Atvertka – 2,5 manat (2 ədəd);
- Təyinatı bilinməyən dəmir – 5 manat (6 ədəd);
- Silikon tapança – 3 manat (1 ədəd);
- Bolt qaykası – 10 manat (3,9 kq);
- Toyuqlar üçün yem qapı – 3 manat (2 ədəd);
- Binada çıxışı bildirən plastik nişan – 5 manat (1 ədəd);
- Lift düyməsi – 10 manat (1 ədəd);
- Uşaq butulkası üçün qapaq – 2 manat (4 ədəd);
- Molfix markalı uşaq bezi – 5,8 manat (3 ədəd);
- Pampers adsız – 5 manat (1 qutu).

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...