Adil Vəliyevin ABSURD COB-29 TƏDARÜKÜ... - Bütün qanunsuzluqlara YAŞIL İŞIQ...
Kütləvi informasiya vasitələri paytaxtın Sabunçu rayonunda COP29-a hazırlıq adı altında qanunsuzluğa start verildiyi barədə məlumatlar dolaşır. Bildirilir ki, rayon ərazisində fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahiblərinə konstruksiya və betafon tipli materiallarla öz obyektlərinin sahələrini artırmağa “yaşıl işıq” verilib. Soruşan olanda da deyirlər ki, “COP29-a hazırlıq işləri çərçivəsində yolqırağı (əsasən Bakı-Maştağa yolunun hər iki tərəfində) obyektlər təmir olunur. Səhih məlumata görə, Sabunçu rayonunda aparılan, ələlxüsus da Zabrat qəsəbəsində və Maştağa icra nümayəndəliyinin 5 metrliyində yeni inşa olunan obyektin və bu sayaq inşa olunan digər vüsət alan bu sayaq tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan aparılsa da, proses Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Memarlıq və Arxitektura İdarəsinin vəzifəli şəxslərinin göz yumması hesabına baş verir.![]()
![]()
![]()
VİDEO BURADA: baxmaq üçün bura tıkla...
Xatırladaq ki, bir neçə gün öncə — avqust ayının 21-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilmişdir. Həmin müşavirədə Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, Sabunçu rayonunda baş verən özbaşınalıqlara göz yummaq rayon rəhbərliyinin edilən xəbərdarlıqları nə qədər ciddiyə almadığının göstəricisidir.
Mövzuya qayıdacağıq
Deryaz.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...