SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT

FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT

Tarix:

1-08-2017, 17:36

/ 76 163 dəfə oxundu.
FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT

Qalib Namazov adlı Sumqayıt sakini atası üçün 40 mərasimi keçirməyib, əvəzində isə Kambocada onun şərəfinə bulaq tikdirib.

Qeyd edək ki, bu barədə Q.Namazovun özü yerli KİV-ə məlumat verib.

"Atam rəhmətə getdi, 40 mərasimini qəsdən keçirmədik. Yer icarəsi, qadın-kişi mollası, israfçı ehsan süfrəsi və s. yerinə Kambocada ata-anamın xeyratına su quyusu tidirdim. Qoy insanlar susuzluqdan əziyyət çəkməsin və hər dəfə atam üçün dua etsinlər", - deyə o, qeyd edib.

Q.Namazov həmçinin israfçı mərasimlər yerinə digər insanların da xeyirxah işlər görməsini istədiyini bildirib.

Əslində Azərbaycan cəmiyyəti bu hadisəni təqdir etdi. Lakin fotolara diqqətlə baxanda bəlli olur ki, əslində Türkiyədə yüzlərlə dinc insanın qanına susamış FETO-çuların davamçısı olan gənc edib bunu. Çünki fotolarda "Risaleyi-Nur" sözləri bir daha sübut edir ki, adamlar Fətullah Gülənin davamçıslarıdır. Və bu məqam ondan ibarətdir ki, FETO-çüların bu "humanist" addımları əslində cəmiyyəti aldadaraq güya daha sağlam və mütərəqqi olduqlarını nümayiş etdirmək üçündür.
Əslində Qalib Namazov bu addımın yerli mediada reklam etdirməklə (məhz reklam) özü barəsində tamam fərqli fikir formalaşdırmağa çalışıb. Amma realda görünən mənzərə onun cəmiyyəti yaıltma çabalarını heçə endirib. Çünki fotolardan da lövhədəki "RİSALEİ-NUR" sözlərini apaydın duymaq mümkündür.

Təməli kürd millətçisi Səid Nursi (Kürdi) tərəfindən atılan və onun sərsəmələrindən ibarət olan bu risalələri bu gün məhz FETÖ-çular özlərinə əsas istinad qaynağı kimi görürlər. Görünür, sumqayıtlı qardaşımız da atasının ehsanı əvəzinə Kambocada artezian qazdırmaqla əslində kreativlik yox, məzhəbinin - təşkilatının buyurduqlarını edib.

Nə deyirik, nə deyə bilərik. Allah ölənə rəhmət eləsin... Qalan yazıq...
FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT
FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT
FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT
FETÖ-nun sumqayıtlı tərəfdarı cəmiyyəti necə çaşdırdı - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ