Sabiq bələdiyyə sədri barəsində bəraət hökmü ləğv edildi
Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun bəraət alması ilə bağlı hökmdən prokurorun verdiyi protestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin qərarına əsasən, prokurorun protesti təmin edilib və birinci instansiya məhkəməsinin Əhməd Hüseynov barəsində çıxarılan bəraət hökmü ləğv edilib.
Məhkəmə iş üzrə yeni hökm qəbul edib. Hökmə əsasən, Əhməd Hüseynov barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Hüseynov barəsində bəraət hökmü verilib. Hökmdən narazı qalan prokuror hökmün işin faktiki halları ilə uyğun olmadığını hesab edərək protest verib.
Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.(Report) XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...